Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir

0

  • Vətən müharibəsində əzici üstünlüklə düşmən üzərində qələbə çalan Azərbaycan postmüharibə dövründə əsas diqqəti uzun müddət işğal altında qalan, bütün infrastrukturu məhv edilmiş, yaşayış məntəqələri tamamilə dağıdılmış ərazilərimizdə quruculuq - abadlıq işlərinə yönəltmişdir. Müharibədən sonrakı qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə möhtəşəm işlər görülmüş, bir çox ərazilərə xeyli sayda əhalinin qayıdışı təmin edilmişdir. İndi infrastrukturun bərpası, kənd və şəhərlərin bərpası ilə paralel olaraq demək olar ki, hər gün əhalinin öz doğma yurdlarına qayıdışını şahidi oluruq. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda nə qədər güclü bir dövlət olduğunu təsdiq edir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ölkəmiz təkcə qeyd olunanlarla kifayətlənmir. Görülən işlərlə bərabər özünün iqtisadiyyatını, hərbi qüdrətini daha da möhkəmləndirir, beynəlxalq müstəvidə də güclü siyasi gedişlər edir. Çünki Ölkəmizin qarşısında separatizmi dəstəkləyən bəzi dırnaqarası demokratik dövlətlərin dəstəklədiyi, müharibədə acınacaqlı məğlubiyyətdən sonra bir az nəfəs alan məkrli düşmən hələ də qalmaqdadır. Təsadüfü deyildir ki, Ermənistan üçtərəfli bəyanatda öz əksini tapmış müddəaların böyük əksəriyyətini yerinə yetirməmişdir . Hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində düşmən hərbi birləşmələrinin tör - töküntüləri qalmaqdadır. Son günlər ermənilərin "Humanitar böhran" vay - şüvəni də onların mənfur xislətini bir daha sübut edir. Əlbəttə, Azərbaycan ermənilərin bu növbəti hayasızlıqlarını tutarlı addımlarla iflasa uğradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ermənistandan fərqli olaraq Azərbaycan qonşu və dost ölkələrlə münasibətləri sağlam təməl üzərində qurur, həmin ölkələrin iqtisadi cəhətdən inkişaf etməsinə də töhfələr verir.​ 14 sentyabr 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana növbəti səfər etmişdir. O, Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5 - ci Məşvərət sammitində fəxri qonaq qismində iştirak etmişdir. Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən yüksək səviyyədə qarşılanan Azərbaycan Prezidentinin sammitdə iştirakını rəğbətlə qarşılayan dövlət başçıları onun sammitdə iştirakını məmnunluqla qarşıladıqlarını ifadə etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etmişdir. O, dəvətə görə təşəkkür etmiş, Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə sıx dostluq münasibətində olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti qeyd etmişdir ki, bu mənim cari ildə Tacikistana ikinci səfərimdir. Əvvəlki səfərim zamanı qardaşım Emoməli Şaripoviçlə müəyyən sahələri özündə ehtiva edən bir çox sənədlər imzalamışıq və Tacikistan Prezidentinin ölkəmizə növbəti səfərini səbirsizliklə gözləyirik. Ümumilikdə götürdükdə Vətən müharibəsindən sonra mən Mərkəzi Asiya ölkələrinə 9 dəfə səfər etmişəm. Eyni zamanda bu ölkələrin də Dövlət Başçılarının Azərbaycana çoxsaylı səfərləri baş vermişdir ki, bu da ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasına dəlalət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Mərkəzi Asiya Dövlətləri ilə əlaqələrinin möhkəmlənməsinin, yüksək səviyyədə olmasının bu coğrafi məkanda yerləşən bütün dövlətlərin, o cümlədən Azərbaycanın xeyrinə olduğunu, bu dövlətlərə böyük iqtisadi səmərə verdiyini vurğuladı. Ölkə başçısının çıxışı sammit iştirakçıları tərəfindən maraqla qarşılandı. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə səmimi dostluq münasibətləri qurması, beynəlxalq müstəvidə bu dövlətlərin bir - birlərini dəstəkləməsi, onların həm siyasi, həm də iqtisadi cəhətdən möhkəmlənməsinə, söz sahibi olmalarına xidmət edir.
    ​Samir İbrahimov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib70 dəfə
    azərbaycan tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir

    Maraqlı gələ bilər
    120
    44